Neft Fondunda 19,1 milyard dollar dəyərində qızıl saxlanılır
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 28,8%-ə və ya 181,1 tona çatıb.
Açıqlanan rəsmi məlumatlara görə, bu ilin əvvəlində Neft Fondunun investisiya portfelində qızılın payı 20,6% və ya 146,6 ton olub.
Açıqlanan rəsmi məlumatlara görə, bu ilin əvvəlində Neft Fondunun investisiya portfelində qızılın payı 20,6% və ya 146,6 ton olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 6 ay ərzində Neft Fondunun qızıl ehtiyatları 23,5% və ya 34,5 ton artıb.
Qeyd edək ki, hazırda Fondun sərəncamında olan qızılın ümumi dəyəri 19 milyard 133,2 milyon dollara bərabərdir. Bu ilin əvvəlində isə qızılın dəyəri 12 milyard 354,6 milyon dollar olub. Nəticədə son 6 ayda qızılın miqdarı 23,5% artdığı halda, dəyəri 54,8% və ya 6 milyard 778,6 milyon dollar artıb./yeniavaz
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:






















