Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.
Report-un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Yanğın əsasən quru ot və kolluq ərazidədir.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş:





















