Ərdoğan Makronun bu niyyətini ALQIŞLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Fransanın Fələstini dövlət kimi tanımaq niyyətini alqışlayıb.
Press-fakt xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Qəzzadakı vəziyyəti müzakirə ediblər .
Ərdoğanın sözlərinə görə, sektorda humanitar vəziyyət daha da pisləşib, ona görə də problemin həlli yolunun təcili tapılması lazımdır.
İyulun 24-də Makron bu ilin sentyabrında BMT Baş Assambleyasının iclasında ölkə hakimiyyətinin Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu bəyan edib . Onun sözlərinə görə, hazırda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və mülki əhaliyə yardımın göstərilməsinə ciddi ehtiyac var.
ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində yazıb ki, Amerika hakimiyyəti Fransanın Fələstini tanımaq qərarını qətiyyətlə rədd edir.
Bundan əvvəl İsrail Ədliyyə Nazirliyi Makronun Fələstini tanımaq qərarını Fransa tarixində qara ləkə adlandırmışdı .
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: