4 milyon əhalisi olan Təbrizin... bomboş küçələri - FOTOLAR
4 milyon əhalisi ilə İranın ən böyük şəhərlərindən olan Təbrizdə bu ana qədər 765 nəfərdə koronavirus (Covid-19 ) infeksiyasına yoluxma qeydə alınıb. Məlumata görə, bunlardan 72 nəfəri vəfat edib.
İranın ən əhəmiyyətli sənaye şəhəri Təbriz mərkəzi küçələrin boş olması və insanların bayıra çıxmaması ilə diqqət çəkir.
Şəhər rəhbərliyinə aid avtomobillərdən insanlara evlərindən çıxmaması üçün çağırışlar edilir.
Əvvəlki illərdə Novruz bayramı ilə əlaqədar qohum-əqrəbalarının, tanışlarının ziyarətinə gedənlərin çox olması səbəbindən şəhərin sıx küçə və prospektləri bu bayramda boş qalıb.
Əvvəlki Novruz bayramlarında şəhərdə sıxlıq olsa da, bu bayramda koronavirus səbəbindən Təbriz “xəyallar şəhəri”nə çevrilib.
Şəhərdə restoran və əyləncə mərkəzləri, habelə məscidlər artıq bağlanıb./reyting.az