Rusiya Donetskə zərbələr endirib, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
Avqustun 2-də Rusiyanın Ukraynanın Donetsk vilayətində zərbələri nəticəsində beş mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
"Avqustun 2-də Rusiya hərbçiləri Donetsk vilayətinin 5 sakinini öldürdülər: 2 nəfər Konstantinovkada, 1 nəfər Severskdə, Pokrovsk və Rayskda. Bir gündə daha 11 nəfər yaralanıb", - Filaşkin bazar günü səhər deyib./report
Oxunub: 10
Xəbəri paylaş
Paylaş: