MAQATE nümayəndələri Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.
Bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.
Gözlənilir ki, tərəflər agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəklər.
Yada salaq ki, iyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb./teleqraf
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: