Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
“Hindistan Rusiyadan neft idxal etdiyi üçün Qərbin hücumlarına məruz qalıb”.
TASS xəbər verir ki, bu sözləri Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caysval bildirib.
Tənqidlərə cavab verən XİN sözçüsü əvvəllər ABŞ-nin qlobal enerji bazarlarının sabitliyi üçün Rusiyadan neft idxalını dəstəklədiyini dilə gətirib. Bildirib ki, indi bu ticarətə görə Hindistan Qərbin hədəfinə çevrilib.
Xatırladaq ki, Tramp Hindistanı Rusiya neftinin yenidən satışı ilə bağlı rüsumları əhəmiyyətli dərəcədə artıracağı ilə hədələyib.
Press-fakt
Oxunub: 9
Xəbəri paylaş
Paylaş: