“Dollar TƏHLÜKƏ ALTINDADIR”- “Trampın addımları vəziyyəti daha da pisləşdirir”
Dollar və ABŞ-nin digər aktivləri ABŞ institutları üzərində yaranan təhlükə səbəbindən həssas duruma düşüb və bu vəziyyət Prezident Donald Trampın hərəkətləri ilə daha da pisləşib.
Bunu yazan “Bloomberg”-in şərhinə görə, ABŞ liderinin avqustun 1-də istefa verən Federal Ehtiyatlar Sisteminin qubernatoru Adriana Kuqlerə əvəzləyici seçmək imkanı var. Bu isə FED sədri Cerom Pauelin təsirini zəiflədə bilər.
Trampın keçən həftə Əmək Statistikası Bürosunun Direktoru Erika Enturferi işdən çıxarması nəticəsində pul siyasətinin müstəqilliyinə təhdidlər səbəbindən investorların ABŞ aktivlərini satması riski artıb. Bu narahatlıqlar artıq dollara zərbə vurub və bəzi fondların ABŞ istiqrazlarından və səhmlərindən imtina etməsinə səbəb olub.
Nəşr qeyd edir ki, ABŞ institutlarının siyasiləşməsi ilə bağlı narahatlıqlar ABŞ-də iqtisadiyyatın yavaşlama əlamətləri göstərdiyi bir vaxtda baş verir. Dollar ötən həftənin əvvəlində ilkin canlanma əlamətləri göstərsə də, avqustun 1-də bütün əsas valyutalar qarşısında kəskin ucuzlaşıb.
Londondakı Brown Brothers Harriman şirkətinin strateqi Elias Haddad, dolların daha da ucuzlaşa biləcəyinə inandığını qeyd edib və deyib ki, “ABŞ siyasətinə olan etibar getdikcə daha çox təhdid altındadır”.
Onun fikrincə, Trampın Pauell və həmkarlarına faiz dərəcələrini azaltmaq üçün təzyiq göstərmə səyləri FED-in müstəqilliyinə xələl gətirir.
Press-fakt