2023-ci ildən bəri Qəzzada 230-dan çox jurnalist həlak olub
İsrail ordusunun 2023-ci ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyata başlamasından bəri Fələstin torpaqlarında 233-dən çox media əməkdaşı həlak olub.
TASS xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi İzzət əl-Rişk öz teleqram kanalında məlumat verib.
HƏMAS nümayəndəsi jurnalistlər qrupunun Qəzzaya səfər etmək təşəbbüsünü alqışlayıb və onların bölgəyə giriş tələb edən petisiyasını dəstəkləyib.
Ötən gün dünyanın aparıcı KİV-lərinin 100-dən çox jurnalisti mətbuata heç bir ilkin şərt olmadan Qəzza ərazisinə giriş verilməsini tələb edən petisiyaya imza atıb./report
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: