"NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün 1 milyard dollar ayırıblar"- Rutte
NATO müttəfiqləri (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə bir milyard dollardan çox vəsait ayırıb.
Bu barədə NATO-nun baş katibi Mark Rutte "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən NATO-nun koordinasiyası ilə müttəfiqlərin (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün Amerika silahlarının alınması üçün 1 milyard dollardan çox vəsaitin ayrılmasını alqışlayıram. Bu dəstək insanların həyatını xilas etmək, Ukraynanın özünü müdafiəsi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün vacibdir", - o bildirib./report
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: