ABŞ Ukraynaya 203,5 milyon dollarlıq hərbi satışa icazə verdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamentinin Ukraynaya ümumi məbləği 203,5 milyon dollar olan “hərbi texnika və xidmətlərin mümkün satışını” təsdiqlədiyini açıqlayıb.
Press-fakt xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi verdiyi yazılı açıqlamada Ukraynaya ümumilikdə 203,5 milyon dollar dəyərində “mümkün hərbi texnika və xidmətlərin satışına” icazə verildiyini qeyd edib.
Bəyanatda qeyd olunub ki, M777 haubitsaları və müvafiq avadanlıqlar üçün ehtiyat hissələri, texniki xidmətlər və logistik dəstək 104 milyon dollar, nəqliyyat xidmətləri və müvafiq avadanlıqların potensial satışı isə təxminən 99,5 milyon dollar təşkil edir.
Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən satışın Ukraynanın cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracağı vurğulanan bəyanatda, “Bu satış Ukraynaya özünümüdafiə və regional təhlükəsizlik missiyalarını daha güclü yerli texniki xidmət və dəstək infrastrukturu ilə həyata keçirməyə imkan verəcək”.
Açıqlamada avadanlıq, texniki xidmət və logistik dəstək xidmətlərinin əsas podratçısının İngiltərədə yerləşən müdafiə sənayesi şirkəti BAE Systems olacağı paylaşılıb.