Çində COVİD-19-a bənzər YENİ VİRUS yayılır - 7 mindən çox yoluxma qeydə alınıb
Məlumata görə, son həftələrdə bölgədə 7 mindən çox yoluxma halı qeydə alınıb. Yoluxmaların böyük hissəsi Foshan şəhərində qeydə alınıb. Rəsmi qurumlar əhalini məlumatlandıraraq təhlükə siqnalı veriblər və genişmiqyaslı mübarizə tədbirlərinə başlayıblar.
"CBC News"-da yayımlanan məlumata görə, virusa yoluxan şəxslər xəstəxanalarda karantinə alınır və laborator testlərdən keçirilir. Virusun yayılmasının qarşısını almaq məqsədilə həm tibbi, həm də ekoloji səviyyədə tədbirlər görülür.
Chikunqunya virusu nədir?
Chikunqunya — əsasən "Aedes aegypti" və "Aedes albopictus" adlı dişi ağcaqanadlar vasitəsilə yayılan bir virustur. Bu ağcaqanadlar eyni zamanda Zika və Dang humması kimi digər təhlükəli virusları da daşımaq qabiliyyətinə malikdir. Virusa yoluxmuş şəxslərdə simptomlar adətən 4–8 gün ərzində özünü göstərir.
Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Chikungunya virusu aşağıdakı əlamətlərlə müşahidə olunur:
- Yüksək hərarət;
- Şiddətli oynaq ağrıları;
- Əzələ ağrıları;
- Baş ağrısı;
- Ürəkbulanma.
Mütəxəssislər bildirirlər ki, Chikunqunya virusunun bəzi simptomları COVID-19-un əlamətlərinə bənzərdir. Bu səbəbdən, virusun səhv diaqnoz qoyulma riski var. Lakin Chikunqunya virusu insandan insana keçmir, yalnız ağcaqanad vasitəsilə yayılır.