ABŞ-da hərbi bazaya hücum! Ölənlər var
ABŞ-ın Corciya ştatındakı Fort Stüart hərbi bazası hücuma məruz qalarkən, giriş-çıxışlar müvəqqəti olaraq bağlanıb.
Press-fakt xəbər verir ki, Fort Stewart Base-nin rəsmi Facebook hesabından edilən yazılı açıqlamada hücumda 5 əsgərin güllələndiyi bildirilib.
Açıqlamada əsgərlərin hərbi bazada müalicə olunduğu və daha sonra xəstəxanaya köçürüldüyü də bildirilib.
Həkim qruplarının müdaxilə etmək üçün bazaya girməsinə icazə verildiyi bildirilib.
Son açıqlamada isə heç bir təhlükənin qalmadığı, araşdırmalara başlanılacağı və istintaq yekunlaşana qədər açıqlama verilməyəcəyi bildirilib.
Ağ Evin sözçüsü Karolin Leavitt X hesabı vasitəsilə hücumla bağlı açıqlama verib.
Leavitt ABŞ prezidenti Donald Trampa hücumla bağlı məlumat verildiyini və Ağ Evin hadisəni izlədiyini bildirib.