ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏZA - 7 nəfər dünyasını dəyişdi /FOTOLAR
Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasından video yayılıb.
Press-fakt "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş “Mercedes Sprinter” markalı mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olur. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub.
İlkin ehtimala görə, hadisədən öncə mikroavtobusun 59 yaşlı sürücüsü Arif Bağırov sükan arxasında infarkt keçirib.
***
Şəmkirdə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Pres-fakt xəbər verir ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Dəhşətli qəzada ölənlərin adları açıqlanıb.
Ölənlər
Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağıov ( 1966)
Xəsarət alanlar
Şahniyar Pənahova (1975)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)
Press-fakt
Görüntülər həssas olduğundan videonu deyil, bir neçə kadrı təqdim edirik: