Livan ABŞ-ın “Hizbullah”ın tərk-silah edilməsi təklifi ilə razılaşıb
Livan hökuməti ABŞ prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb.
Bu barədə Livanın informasiya naziri Pol Morkos bildirib.
“Nazirlər Kabineti Amerika tərəfinin təklifində göstərilən bəndləri təsdiqləyib”, - Morkos jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, ABŞ-ın təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla, silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və ordunun ölkənin cənubunda yerləşdirilməsi daxildir./report
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: