"Hizbullah" canlı qüvvə və texnikasını İsraillə sərhədə toplayır- GƏRGİNLİK ARTIR...
"Hizbullah" təşkilatı yaraqlıları və hərbi texnikasını Livan ilə İsrail sərhəddinə toplayır.
Bu barədə İranın "IRNA" agentliyi məlumat yayıb.
Həmin informasiya “Əl-Qüds” briqadasının komandiri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin qisası məqsədilə Birləşmiş Ştatların İraqdakı aviabazalarına raket zərbələri endirildikdən sonra ortaya çıxıb.
Öz növbəsində İranın ali dini lideri Ayətullah Əli Xameneyi ABŞ-ın İsrailə kömək məqsədi ilə “Hizbullah”ı məhv etməyə çalışdığını söyləyib.
Globall.az
Oxunub: 403
Xəbəri paylaş
Paylaş: