Rusiya ordusunun ölü sayı 300 minə çatır - Azı 5550 zabiti həlak olub
Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ən azı 122 883 rusiyalı hərbçinin öldüyü təsdiqlənib.
Bu barədə BBC-nin rus xidməti, “Mediázona” və könüllü qrupun birgə hazırladığı hesabatda məlumat verilir.
Açıq mənbələrdən toplanan məlumatlara əsasən, ölənlərin 53%-i əvvəl hərbi xidmətlə əlaqəsi olmayan könüllülər, səfərbərliklə çağırılanlar və məhbuslardır. Onlardan 27%-i könüllü, 14%-i məhbus, 11%-i isə səfərbərliklə cəlb olunmuş şəxslərdir.
Hesabata görə, müharibə müddətində 5540 zabit, o cümlədən 12 general həlak olub. Xüsusilə kiçik komandirlərin itkiləri taktiki birliyin effektivliyinə mənfi təsir göstərir.
2023-cü ilin oktyabrından etibarən itkilər gündəlik təxminən 120 təsdiqlənmiş ölüm səviyyəsində sabit qalır.
Jurnalistlər ölənlərin sayını sosial media yazıları, yerli mətbuat, nekroloqlar və qəbiristanlıq fotoları əsasında sayır. Ekspertlərin qiymətləndirməsinə görə, əsl itkilərin sayı 273 minə qədər, Donbasdakı prorusiya döyüşçüləri də daxil edildikdə isə 297 min nəfərə çatmış ola bilər.
Press-fakt