AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AĞ EVƏ GƏLDİ - Tramp qarşıladı /CANLI YAYIM
Vaşinqtonda tarixi görüşə qısa müddət qalır. Hazırda Ağ Ev ətrafında Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünə son hazırlıq işləri görülür.
Press-fakt xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.

ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.
Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq.
Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.
Jurnalistin Prezident Trampa görüşdən sonra barış ümidinin olub-olmaması barədə sualına Tramp “Çox-çox ümidliyəm” cavabını verib.
***
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq.
Azərbaycanın nümayəndə heyəti artıq Ağ evdədir.
Onlar arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yer alıb.