Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
LİDERLƏR ÜÇTƏRƏFLİ SƏNƏD İMZALADI - CANLI YAYIM
LİDERLƏR ÜÇTƏRƏFLİ BƏYANATLA ÇIXIŞ EDİRLƏR - CANLI YAYIM
Londonda Mahmudovlarla bağlı YENİ PUL QALMAQALI - ARAŞDIRMA
Press-fakt.az
    
  • ÜÇ DÖVLƏT BAŞÇISINİN Ağ Evdəki mətbuat konfransının
    ÜÇ DÖVLƏT BAŞÇISINİN Ağ Evdəki mətbuat konfransının TAM VİDEOSU
  • 
  • Əliyev və nümayəndə heyəti Ağ Evdə -
    Əliyev və nümayəndə heyəti Ağ Evdə - Maraqlı görüntülər /FOTOLAR
  • 
  • İLHAM ƏLİYEV VAŞİNQTONDA MÜSAHİBƏ VERİB - 
    İLHAM ƏLİYEV VAŞİNQTONDA MÜSAHİBƏ VERİB -  Tam MƏTN /VİDEO
  • 
  • “Ukraynanın razılığı olmadan verilən qərarlar sülh gətirməyəcək”-
    “Ukraynanın razılığı olmadan verilən qərarlar sülh gətirməyəcək”- Zelenski xəbərdarlıq edib
  • 
  • Tramp Ruzveltin taleyini yaşayacaq?-
    Tramp Ruzveltin taleyini yaşayacaq?- 119 İL ÖNCƏ BAŞ VERƏNLƏR TƏKRARLANA BİLƏR
  • 
  • Zəngəzur dəhlizi bu prinsiplə AÇILIR:
    Zəngəzur dəhlizi bu prinsiplə AÇILIR: Naxçıvana belə gedəcəyik - Təhlil
  • 
  • İlham Əliyev:
    İlham Əliyev: “Məncə, vaxt itirmək lazım deyil”- VİDEO
  • 
  • "Siz böyük lidersiniz..." "...Böyük lider yanımda oturub"-
    "Siz böyük lidersiniz..." "...Böyük lider yanımda oturub"-  Tramp ilə Əliyev arasında maraqlı dialoq
  • 
  • UKRAYNA DONETSK “MÜDAFİƏ KƏMƏRİ”NDƏN ÇIXSA...-
    UKRAYNA DONETSK “MÜDAFİƏ KƏMƏRİ”NDƏN ÇIXSA...- Kiyev “Ərazi mübadiləsi” ideyasını dəstəkləyə bilərmi?
  • 
  • Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik edib
    Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik edib
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Fransa razılaşmanı alqışladı,
    Fransa razılaşmanı alqışladı, Minsk Qrupunun ləğvini dəstəklədi
  • 
  • Bu əraziləri Azərbaycana qaytarmalıyıq -
    Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
  • 
  • Tramp-Putin görüşünün vaxtı və yeri açıqlandı
    Tramp-Putin görüşünün vaxtı və yeri açıqlandı
  • 
  • Prezident İlham Əliyev:
    Prezident İlham Əliyev: Ermənistanın “ev tapşırığı” var
  • 
  • "Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır"-
    "Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır"-  Azərbaycan Prezidenti
  • 
  • Türkiyə XİN-dən Azərbaycan və Ermənistan arasındakı razılaşma ilə bağlı açıqlama
    Türkiyə XİN-dən Azərbaycan və Ermənistan arasındakı razılaşma ilə bağlı açıqlama
  • 
  • Minsq Qrupu tam ləğv olunur - 
    Minsq Qrupu tam ləğv olunur -  Azərbaycan və Ermənistan ATƏT-ə müraciət edib
  • 
  • İLHAM ƏLİYEV ABŞ-da MÜSAHİBƏ VERİR -
    İLHAM ƏLİYEV ABŞ-da MÜSAHİBƏ VERİR - Canlı YAYIM
  • 
  • LİDERLƏRİN İMZALADIĞI ÜÇTƏRƏFLİ SƏNƏDDƏ NƏLƏR VAR?-
    LİDERLƏRİN İMZALADIĞI ÜÇTƏRƏFLİ SƏNƏDDƏ NƏLƏR VAR?- Tramp AÇIQLADI
  • 
  • "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - 
    "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq -  Azərbaycan Prezidenti
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü oldu
  • İLHAM ƏLİYEV ABŞ-da MÜSAHİBƏ VERİR - Canlı YAYIM
  • Bayden İlham Əliyevə məktub göndərdi
  • Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan RƏMZİ AÇAR: Trampın İlham Əliyevə MESAJI NƏDİR?
  • Co Bayden İlham Əliyevə təbrik məktubu ünvanlayıb
  • İLHAM ƏLİYEV VAŞİNQTONDA MÜSAHİBƏ VERİB -  Tam MƏTN /VİDEO

    • Tarix: Bu gün, 16:45

    Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verib.

    Press-fakt həmin müsahibənin tam mətninini və videosunu təqdim edir:

    Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək.

    Cənab Trampla görüşünüzü və Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin əhəmiyyətini və ümumilikdə bu səfərin nəticələrini necə qiymətləndirərdiniz?

    Prezident İlham Əliyev: Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.

    Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.

    Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.

    Oubai Şahbandar, AnewZ televiziyasının müxbiri: Cənab Prezident, bu gün kifayət qədər əlamətdar bir gün oldu. Tarix yazıldığı bir gündür, Siz və Baş nazir Paşinyan Nobel Mükafatı Komitəsinə birgə məktub göndərmək niyyətindəsiniz. Prezident Trampın Sizin strateji baxışınızı və liderliyinizi, eləcə də Sizin Prezident Trampın bu gün imzalanan Memoranduma gətirib çıxaran uzaqgörən liderliyini təriflədiyinizi eşitdik. Bildiyiniz kimi, Prezident Tramp üçün şəxsi münasibətlər çox önəmlidir. Siz öz liderliyinizlə Prezident Trampın liderliyi arasındakı münasibətləri, həmçinin şəxsi münasibətləri necə qiymətləndirərdiniz? Konqresin onillər əvvəl ABŞ-ın Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişin ləğv olunması, Prezident Trampı görmək Sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Azərbaycan və ABŞ üçün yeni bir mərhələdir?

    Prezident İlham Əliyev: Tamamilə doğrudur, bu, bizim birinci görüşümüz idi. Çox xoş və nəticəyönümlü görüş idi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur. Bu baxımdan, mən onunla olan şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm və ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir.

    Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi. 1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq. Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi.

    Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır.

    Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.

    Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır. Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün, rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır.

    Abbasəli Yadigarov, AZƏRTAC-ın müxbiri: Cənab Prezident, bu gün çox önəmli sənədlər imzalandı. Hamıya yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Bu baxımdan, bu gün imzalanan sənədlərin əhəmiyyətini necə şərh edərdiniz?

    Prezident İlham Əliyev: Bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.

    Bildiyiniz kimi, ondan sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi.

    Yəqin ki, yadınızdadır ondan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilmişdir. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.

    Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.

    Vüsal Mətləb: Cənab Prezident, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında bəzi şərtlər qoymuşdunuz. Onlardan birincisi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. İkinci şərt Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu, indiki halda nə qədər real görünür?

    Prezident İlham Əliyev: Məncə, tam real görünür. Çünki birincisi onu deməliyəm ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.

    Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.

    Oubai Şahbandar: Cənab Prezident, Sizin Vaşinqtona gəlişiniz, sülh sazişini imzalayıb Prezident Tramp ilə görüşməyiniz, Sizi və Azərbaycanı milyonlarla amerikalıya tanıtdı. Onlar bəlkə də ilk dəfədir Sizinlə və Azərbaycanla tanış olurlar. Ola bilsin ki, Azərbaycanın harada yerləşdiyini bilmirlər və ya müəyyən yanlış təsəvvürlərə malikdirlər. Amerika mediasında və beyin mərkəzlərində bəzilərinin irəli sürdüyü narahatedici fikirlərə necə cavab verərdiniz? Məsələn, Qarabağda xristianların qorunub-qorunmayacağı barədə narahatlıqlar var. Zəngəzur dəhlizinin əhəmiyyəti nə dərəcədədir – təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün, xüsusən də “Tramp ticarət marşrutu”nun qurulacağını nəzərə alsaq?

    Prezident İlham Əliyev: Bilirsiniz, uzun illərdir Azərbaycan ABŞ mediasında demonlaşdırılıb, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanlarında. “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Bu gün baş verənlərə sevinmək əvəzinə tamamilə məyusdurlar, çünki onların gündəliyi tamamilə fərqlidir. Məhz onlar işğala görə məsuliyyət daşıyırlar. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar və onlara bənzər qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə, vaxt itirdilər. Vaxtlarını bizim torpaqlarımızın işğalına sərf etdilər, amma sonda bu işğalı əbədi saxlaya bilmədilər və inkişaflarında 30 il itirdilər.

    Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, bu gün baş verənlər ya hələ də reallığı bilməyənlərə, ya da bilərəkdən yanlış təsəvvür yaratmağa çalışanlara yaxşı bir cavab olacaq.

    Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda.

    Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Biz bunu dəqiq bilirik, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk ayında belə bu tipli narrativlər var idi. Bunlar hələ də bəzi dövlət qurumlarında qalan köhnə komandanın nümayəndələrindən gəlirdi. Onların gündəliyinə isə ya “Human Rights Watch”, “Freedom House” kimi Azərbaycanı sevməyən QHT-lər, ya da USAID və Azadlıq Radiosu təsir edirdi. Prezident Tramp isə USAID-i uğurla aradan qaldıraraq dünyanı bu “fəlakətdən” xilas etdi.

    Bu, sadəcə, bizim haqqımızda səslənən fikirlərin yanlış olduğunu, belə niyyətimizin olmadığını izah etməkdən ötrü bizim üçün bir çağırış idi. Bu gün baş verənlər isə Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub. Orada məhz bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz, sadəcə, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik.

    Bizə bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır, hətta çox çalışsaq, bəlkə altı ay kifayət edər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var. Təkcə dəmir yolu deyil, elektrikötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq.

    Bütün bunlar, ilk növbədə, Bayden administrasiyası və onların əlində olan siyasi infrastruktur – media, QHT-lər, USAID və Menendez kimi korrupsiyaya görə bu gün həbsdə olan bəzi rüşvətçi siyasətçilər tərəfindən illərlə yayılmış anti-Azərbaycan narrativlərini tamamilə iflasa uğradır. Buraya, həmçinin Adam Şiff də daxildir. Mən buraya gələndə öyrəndim ki, Merilend prokuroru ona ipoteka fırıldağına görə cinayət işi açıb.

    Bu insanlar – Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqaları Azərbaycana qarşı mütəmadi olaraq hücum edirdilər. Niyə etdiklərini bilmirəm, yəqin ki, erməni lobbisi onlara bunun üçün pul ödəyirdi. Onlar ciddi siyasi fiqurlar qrupunu təşkil edərək Azərbaycana qarşı mütəmadi işləyirdilər.

    Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir: Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.

    Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib.

    Bu nəqliyyat marşrutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.

    Oubai Şahbandar: Enerji sahəsində də daha çox Amerika investisiyası görəcəyik, xüsusilə də, tarixi imzalanma mərasimində Kris Raytın iştirakını nəzərə alsaq. Əlbəttə ki, SOCAR ilə “Exxon” arasında imzalanan Anlaşma Memorandumu da bu istiqamətdə mühüm addımdır.

    Prezident İlham Əliyev: Əlbəttə. Dünən “Exxon” və SOCAR arasında əməkdaşlıq haqqında imzalanmış bu Anlaşma Memorandumu əminəm ki, əhəmiyyətli bir layihə ilə nəticələnəcək.

    İndidən nəsə demək istəmirəm, amma Azərbaycanda böyük neft yatağının kəşfi ilə bağlı yüksək ehtimal var. Bildiyiniz kimi, “Exxon” dünyanın aparıcı enerji şirkətidir, müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir və Azərbaycanda işləmək təcrübəsi də var. “Exxon” 1994-cü ildə bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə qoşuldu.

    Dünən burada xüsusi nümayəndə cənab Vitkovun, ABŞ enerji nazirinin müavininin və mənim iştirakımla keçirilən imzalanma mərasimi əslində göstərir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, Anlaşma Memorandumunun imzalanmasında iştirak etməzdik. Mən nadir hallarda Anlaşma Memorandumunun imzalanmasında iştirak edirəm. Bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, amma bu, sadəcə, bir Anlaşma Memorandumudur. Lakin bizim ixtiyarımızda çoxlu texniki amillər var ki, bunlar böyük bir karbohidrogen yatağının kəşfinə işarə edir.

    Prezident Trampın strateji baxışı və siyasəti sayəsində, uzun illər, - bəlkə də on ildən çox, - ədalətsiz şəkildə kənara atılmış fosil yanacaqlar bu gün yenidən diqqət mərkəzinə qayıdıb. Komandamız burada beynəlxalq maliyyə institutları ilə, ABŞ-ın Ex-Im Bankı ilə, həmçinin fosil yanacaq layihələrinin və karbohidrogen nəqli infrastrukturunun maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardı.

    Enerji, şübhəsiz ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olaraq qalacaq. Prezident Tramp ilə imzaladığımız Anlaşma Memorandumunda enerji xüsusi yer tutur. Enerji dedikdə bu neftdir, qazdır, potensial olaraq bərpaolunan mənbələrdir.

    Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik.

    Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq.

    Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.

    Müxbir: Çox təsirlidir, çox sağ olun, cənab Prezident.


    Oxunub: 18
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      09-08-2025
      17:30 | TÜRKİYƏDƏN ZƏNGƏZUR MESAJI: TÜRK DÜNYASINI BİRLƏŞDİRƏCƏK
      17:00 | ÜÇ DÖVLƏT BAŞÇISINİN Ağ Evdəki mətbuat konfransının TAM VİDEOSU
      16:55 | Əliyev və nümayəndə heyəti Ağ Evdə - Maraqlı görüntülər /FOTOLAR
      16:50 | "907-ci düzəlişin ləğvi tarixi hadisədir"- "Tramp Azərbaycan haqda çox məlumatlıdır" /VİDEO
      16:45 | İLHAM ƏLİYEV VAŞİNQTONDA MÜSAHİBƏ VERİB -  Tam MƏTN /VİDEO
      14:00 | “Ukraynanın razılığı olmadan verilən qərarlar sülh gətirməyəcək”- Zelenski xəbərdarlıq edib
      13:45 | Tramp Ruzveltin taleyini yaşayacaq?- 119 İL ÖNCƏ BAŞ VERƏNLƏR TƏKRARLANA BİLƏR
      13:40 | Zəngəzur dəhlizi bu prinsiplə AÇILIR: Naxçıvana belə gedəcəyik - Təhlil
      13:31 | İlham Əliyev: “Məncə, vaxt itirmək lazım deyil”- VİDEO
      13:20 | Sülh sazişinin paraflanması NƏ DEMƏKDİR...- Şərh
      13:13 | "Siz böyük lidersiniz..." "...Böyük lider yanımda oturub"-  Tramp ilə Əliyev arasında maraqlı dialoq
      13:00 | UKRAYNA DONETSK “MÜDAFİƏ KƏMƏRİ”NDƏN ÇIXSA...- Kiyev “Ərazi mübadiləsi” ideyasını dəstəkləyə bilərmi?
      12:45 | Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik edib
      12:05 | “Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır”- Rusiyanın şərti məlum oldu
      12:00 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:55 | Fransa razılaşmanı alqışladı, Minsk Qrupunun ləğvini dəstəklədi
      11:45 | Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan RƏMZİ AÇAR: Trampın İlham Əliyevə MESAJI NƏDİR?
      11:40 | Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
      11:35 | İran XİN Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb
      11:30 | Tramp-Putin görüşünün vaxtı və yeri açıqlandı
      02:00 | Prezident İlham Əliyev: Ermənistanın “ev tapşırığı” var
      01:50 | "Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır"-  Azərbaycan Prezidenti
      01:40 | Türkiyə XİN-dən Azərbaycan və Ermənistan arasındakı razılaşma ilə bağlı açıqlama
      01:31 | Minsq Qrupu tam ləğv olunur -  Azərbaycan və Ermənistan ATƏT-ə müraciət edib
      01:30 | "Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur"-  Paşinyan
      01:25 | İLHAM ƏLİYEV ABŞ-da MÜSAHİBƏ VERİR - Canlı YAYIM
      01:11 | LİDERLƏR AĞ EVDƏ TARİXİ SAZİŞİ İMZALADI - Birgə Bəyannamənin TAM MƏTNİ /VİDEO
      01:05 | LİDERLƏRİN İMZALADIĞI ÜÇTƏRƏFLİ SƏNƏDDƏ NƏLƏR VAR?- Tramp AÇIQLADI
      01:00 | "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq -  Azərbaycan Prezidenti
      00:55 | Əliyev Paşinyanla birgə Nobel komitəsinə Trampla bağlı müraciət etməyi təklif edib
      00:45 | ABŞ ilə Azərbaycan arasında anlaşma memorandum imzalanıb
      00:40 | LİDERLƏR ÜÇTƏRƏFLİ SƏNƏD İMZALADI - CANLI YAYIM
      00:33 | "Tramp Qafqaza sülh gətirdi" - İlham Əliyev
      00:30 | Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
      00:27 | ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
      00:25 | "“Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək"-  ABŞ Prezidenti
      00:20 | "Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar"- Tramp
      00:15 | "Müharibə olmayacaq, regiondakı bütün yollar və sərhədlər açılacaq"- Alen Simonyan
      00:10 | LİDERLƏR ÜÇTƏRƏFLİ BƏYANATLA ÇIXIŞ EDİRLƏR - CANLI YAYIM
      00:05 | Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib - FOTO
      00:00 | AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AĞ EVƏ GƏLDİ -  Tramp qarşıladı /CANLI YAYIM
      08-08-2025
      22:15 | Gəncədə əmək hüquqlarını pozan klinika 24.500 manat məbləğində cərimələnib
      22:00 | Ağ Evdə keçiriləcək TARİXİ GÖRÜŞƏ son hazırlıqlar gedir
      21:45 | RUSİYA SOCAR-ın Odessadakı NEFT BAZASINI VURDU - 4 nəfər yaralanıb
      21:30 | Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq
      21:25 | Rusiya ordusunun ölü sayı 300 minə çatır - Azı 5550 zabiti həlak olub
      21:21 | “TRAMP MARŞRUTU” ÜZRƏ RAZILIQ ƏLDƏ OLUNUB - ABŞ rəsmilərindən ilk açıqlama
      17:45 | Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
      17:40 | İran Məclisində AZƏRBAYCAN ƏLEYHİNƏ təxribat dolu AÇIQLAMALAR
      17:15 | ABŞ görüşü və “Tramp dəhlizi”- Ankaranın reaksiyası...
      17:00 | Putin “Oresnik”ləri BU ÖLKƏDƏ yerləşdirir
      16:45 | Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq
      14:40 | "BUNLAR MANYAKDIRLAR..."-  "Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”
      14:30 | 3 ildə “Azərişıq”dan 175 milyon manat alan 2 şirkət vergi borclarını ödəmir
      14:20 | “92 bal toplamışam, vakant yer tapa bilmirəm”- VİDEO
      14:15 | Baş prokuror Hərbi Prokurorluğa yeni rəis təyin etdi -  FOTO
      14:00 | Ən böyük neft yatağında rekord azalma - 500 min barrel...
      13:55 | ABRAHAM RAZILAŞMALARI NƏDİR?- ÜÇ DİNİ birləşdirən müqavilə
      13:15 | Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: Azərbaycan üçün NƏ DƏYİŞİR?!
      13:00 | Uçan taksilər dövrü gəlir -  1 saatlıq yol 15 dəqiqəyə enəcək
      12:55 | Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - PROQNOZ
      12:45 | Ağ Evin qarşısında Azərbaycan himni -  VİDEO
      12:40 | “MÜNASİBƏTLƏRDƏ YENİ SƏVİYYƏNİN TƏMƏLİ QOYULUR”- “Zəngəzur dəhlizi açılacaq” /Şərh
      12:30 | İrəvan razılaşıb: Dəhlizə 99 il onlar nəzarət edəcək -“Politiko”
      12:20 | Londonda Mahmudovlarla bağlı YENİ PUL QALMAQALI - ARAŞDIRMA
      12:15 | ABŞ Maduronun həbsinə görə mükafat elan edib
      12:13 | Paşinyan İncildən paylaşım etdi: Sülh yaradanlar nə bəxtiyardır
      12:05 | Rubio NÖQTƏNİ QOYDU: “Bu gün imzalanacaq SƏNƏD SÜLH MÜQAVİLƏSİ OLMAYACAQ, amma...”
      12:00 | Katolikos II Qaregin də ABŞ-a gedib
      11:55 | Allahşükür Paşazadə haqda iddia yayıldı - Hacı Qalibdən reaksiya
      11:50 | Bakı metrosunun “20 Yanvar” stansiyasında körpə doğuldu
      11:44 | Azərbaycanda bağlanmış 4 bankın əmlakı hərraca çıxarılır
      11:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:35 | Ağ Evdə görüşlərin proqramı açıqlandı -  Üçtərəfli imzalanma mərasimi keçiriləcək
      11:30 | BU GÜN TARİXİ GÜNDÜR! - Tramp sülh müqaviləsinin imzalanacağı anonsunu verdi
      01:00 | SON DƏQİQƏ: Tramp 907-ci düzəlişi ləğv edir!
      01:00 | Livan ABŞ-ın “Hizbullah”ın tərk-silah edilməsi təklifi ilə razılaşıb
      00:45 | “ABŞ RUSİYANIN QƏBUL EDƏ BİLƏCƏYİ ŞƏRTLƏR TƏKLİF EDİB”- Bəzi detallar açıqlandı
      00:40 | KONFRANS LİQASI: "Sabah" son dəqiqə qolu ilə məğlub oldu
      00:35 | Şənbə-bazar “Gənclik”də “Kənddən Şəhərə” yarmarkası olacaq
      00:30 | Türkiyə KAAN-ı Amerika F-35-nə rəqibdir - ABŞ nəşri
      00:25 | Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub - FOTO
      00:20 | “Çin Rusiyanı sülh bağlamağa qoymayacaq”- “Pekin MÜNAQİŞƏNİ UZATMAĞA ÇALIŞIR”
      00:15 | Rusiya İtaliyanın müvəqqəti işlər vəkilini XİN-nə çağırdı
      00:10 | İsrail bu ölkə ilə tarixin ən böyük müqaviləsini imzaladı: 2040-cı ilə qədər davam edəcək!
      00:05 | Gəncə stadionunda ikinci ölüm - Prokurorluq işə başladı
      00:00 | Tramp Putinlə görüş üçün şərt irəli sürdü
      07-08-2025
      23:00 | Bankda 170 milyon manatı olan Cahangir Əsgərov... ayda 1 milyon 200 min (!) qazanırmış
      20:00 | ABŞ-dakı ERMƏNİ LOBBİSİ SÜLHƏ QARŞI: “Ay Dat” yenə kin və təhdidlə danışır
      19:45 | Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar - SİYAHI
      19:30 | Ən yaxşı futbolçu adına namizədlər açıqlandı - "France Football" /SİYAHI
      16:00 | Vaşinqtonda 3 MÜHÜM SƏNƏD İMZALANACAQ - MQ ləğv edilir, Zəngəzur dəhlizi “TRUMP marşrutu” olur...
      15:50 | Bakıda park ərazisində böyük süni göl yaradılacaq
      15:45 | Suriyanın gələcəyi regional tərəfdaşların əlindədir - ABŞ rəsmisi
      15:30 | “VAŞİNQTONDA SÜLH SAZİŞİ İMZALANMAYACQ”- Sabiq nazir Tofiq Zülfüqarov
      15:15 | “Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”- Akif Həsənov məhkəmədə ifadə verib
      15:10 | Prezident İlham Əliyev ABŞ-da - Fotolar
      15:00 | “Qardaş” demək də olmaz! - Rusiyanın MİQRASİYA SİYASƏTİNİN İYRƏNC ÜZÜ
      14:45 | Maaşımızın 5 qatından çox kredit kartı ALA BİLMƏYƏCƏYİK
      14:30 | Rusiya AZƏRBAYCANDAN UKRAYNADA “QİSAS" ALDI - “Bakının acığına” vurduğunu etiraf edir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.