"Nə ŞİRİN QUYRUĞU, nə də AYİNİN PƏNCƏSİ..."- “Ürək sözlərinizi cənab Trampa yazarsınız!”
“Cənubdan Şimaldan Zəngəzur dəhlizinə qəzəblə baxanlar! Bundan sonra ürək sözlərinizi cənab Trampa yazarsınız! Rahat olun, bu dəhlizin ağsaqqalı sizlərə çox mülayim cavab verəcək!”
Bunları partiya sədri, millət vəkili Fazil Mustafa sosial şəbəkədə Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin birgə Bəyannamə imzalamasından sonra yazıb.
Sənədin bəndlərindən biri Zəngəzur dəhlizinin “Tramp yolu” adı altında açılmasından və bu yola ABŞ şirkətinin nəzarətindən bəhs edir.
F.Mustafa hesab edir ki, iqtisadiyyat, ticarət illərdir düşmən vəziyyətində olan xalqları yaxınlaşdıracaq. “Azacıq ağılları olsa, ermənilərin son addımlarından dərs götürərlər. Bu bölgədə yalnız isbat olunmuş bir teorem işləyir: Azərbaycanla dost olanlar qazanırlar. Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından iti ola bilməz. Məsələlərə ağılla yanaşsanız, hamınız üçün nə qədər faydalı bir layihənin gerçəkləşdiyini görəcəksiniz”, - F.Mustafa dolayısı ilə İran və Rusiyaya xitabla yazıb.
Press-fakt