İSTANBULDA GÜCLÜ ZƏLZƏLƏ OLDU - Dağıntılar altında qalanlar var /VİDEO
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Qeyd edək ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, güclü zəlzələdə can itkisi qeydə alınmayıb.
Ali Yerlikaya isə bildirib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər aidiyyəti qurumların komandaları dərhal əraziyə göndərilib, araşdırmalara başlayıblar: “Hazırda mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”.
Press-fakt