Ukrayna RUSİYANIN İŞĞAL ETDİYİ ƏRAZİLƏRİ de-fakto TANIMALIDIR - NATO
Ukrayna Rusiyanın nəzarətində olan əraziləri de-fakto tanımalı, lakin bunu hüquqi baxımdan təsdiqləməməlidir.
Bu barədə NATO-nun Baş katibi Mark Rutte “ABC Nyus” telekanalına müsahibəsində bildirib.
"Aydındır ki, bu iki mühüm məsələ müzakirə olunmalıdır. Onlardan biri ərazilərlə bağlıdır. Biz qəbul etməliyik ki, hazırda Rusiya Ukrayna ərazisinin bir hissəsinə nəzarət edir", - alyansın baş katibi qeyd edib.
Onun sözlərinə görə, ərazi məsələsinin həlli hüquqi baxımdan siyasi tanınmanı deyil, ərazilərə nəzarətin faktiki tanınmasını nəzərdə tutmalıdır. Rutte qeyd edib ki, ikinci məsələ atəşkəsdən sonrakı addımlarla bağlıdır. Bu, həmçinin Ukraynanın ala biləcəyi təhlükəsizlik zəmanətlərinə də aiddir./teleqraf
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: