İRANDAN GERİ ADDIM - "Tehran bu təqdirdə Zəngəzur dəhlizinin ƏLEYHİNƏ DEYİL"
İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünün pozulmadığı təqdirdə dəstəkləyir.
IRNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.
"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.
Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib./report
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: