ABŞ-ın Qızıl Qübbəsi belə olacaq: Peyk, yerüstü sistem...
ABŞ-ın yeni Qızıl Qübbə raketdən müdafiə sistemi dörd müdafiə qatından - bir peyk və üç yerüstü sistemdən ibarət olacaq.
Bu barədə “Röyters” məlumat yayıb.
Sistemə ABŞ-ın materik hissəsi, Alyaska və Havayda yerləşən 11 yaxın mənzilli batareya daxil olacaq.
Layihənin ümumi dəyəri 175 milyard dollar qiymətləndirilir. İyul ayında qəbul edilən vergi-büdcə qanun layihəsi çərçivəsində Konqres layihə üçün ilkin olaraq 25 milyard dollar ayırıb. Gələn il isə layihəyə 45.3 milyard dollar ayrılacağı bildirilir./axar.az
Oxunub: 10
Xəbəri paylaş
Paylaş: