Tramp-Putin görüşü saat neçədə başlayacaq?- AĞ EV AÇIQLADI
Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskada keçiriləcək görüş cümə günü yerli vaxtla saat 11:00-da başlayacaq.
Bunu Ağ Evin mətbuat xidməti bildirib.
Bu, Bakı vaxtı ilə saat 23.00 deməkdir.
Məlumatda deyilir ki, Tramp axşam saat 17.45-ə qədər Alyaskanın Ankoric şəhərində olacaq: “Yerli vaxtla saat 17:45-də Tramp Ankoricdən ayrılaraq Vaşinqtona uçacaq”.
Qeyd edək ki, bu, 2021-ci ilin iyunundan bəri(Putin o vaxt Cenevrədə Co Baydenlə görüşmüşdü) iki dövlət başçıları arasında ilk təkbətək görüş olacaq. Həmçinin, Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya başçısı olacaq.
Press-fakt
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: