Mixaıl Mişustin Putini əvəz edəcək - Baş nazir səfərini yarımçıq dayandırdı
Rusiya Baş naziri Mixaıl Mişustin Qırğızıstandakı səfərini dayandırıb. Səbəb kimi isə Prezident Vladimir Putinin ABŞ-yə səfərini göstərib.
Bu barədə o, Çolpon-Atadakı Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
"Bağışlayın, mən Moskvaya qayıtmalıyam. Bildiyiniz kimi, bu gün Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək, prezidentlər Vladimir Vladimiroviç Putin və Donald Tramp iştirak edəcək. Mən Rusiyada olmalıyam", - deyə Mişustin RIA Novostiyə açıqlayıb.
Qeyd edək ki, sammit bu gün axşam keçiriləcək.
Press-fakt
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: