Bu ilin birinci yarısında HAKİMİYYƏT ƏLEYHİNƏ 566 cinayət törədilib
Bu ilin altı ayı ərzində ölkədə 17 min 49 cinayət hadisəsi qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onların 59,5 faizini az ağır, 27,5 faizini böyük ictimai təhlükə törətməyən, 13 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Cinayətlərin strukturunda 6 min 903 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 6 min 730 hadisə iqtisadi sahədə, 2 min 850 hadisə şəxsiyyət əleyhinə, 566 hadisə isə dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: