ALYASKADA TARİXİ ZİRVƏ BAŞLADI - Tramp Putini belə qarşıladı + VİDEOLAR/ CANLI YAYIM
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar başlayıb. Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur.
Press-fakt xəbər verir ki, danışıqlar “üçün üçə” formatında keçirilir. ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.
İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir. Görüşün 6-7 saat davam edəcəyi gözlənilir.
***
Artıq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.
Qeyd edək ki, ABŞ lideri rusiyalı həmkarını Elmendorf-Riçardson hərbi bazasında qarşılayıb.

Danışıqlara başlamazdan əvvəl liderlər eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.

ABŞ prezidenti Donald Tramp və Ruriya prezidenti Vladimir Putin danışıqların aparılacağı məkana ABŞ prezidentinin avtomobili ilə yollanıblar.
ABŞ və Rusiya liderləri görüşdükdən və foto çəkdirdikdən sonra müzakirələrin keçiriləcəyi yerə ayrı yox, eyni avtomobildə yola düşüblər.

Onu da qeyd edək ki, Putin və Trampın görüşü təkbətək deyil, nazirlərin iştirakı ilə "üçün üçə" formatında keçiriləcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da görüşdə iştirak edəcək.
Bir sıra media orqanı Vladimir Putinin qarşılanma mərasiminə diqqət çəkib. Belə ki, liderlərinin irəliləyəcəyi qırmızı xalının ətrafına 5-ci nəsil qırıcıların (F-35) düzülməsi diqqətdən qaçmayıb.
Fəxri qaravulun əvəzinə qırıcıların düzülməsi ABŞ-nin əzələ nümayişi kimi qiymətləndirir.
***

Bu barədə "Reuters" məlumat yayıb.
Rusiya lideri Vladimir Putinin də təyyarəsi artıq Alyaskanın Ankoric şəhərinə eniş edib.