Azərbaycan Rusiya vaksinini alacaqmı?-
"Vaksini ÜST qəbul etməli, effektlilik və təhlükəsizlik parametrləri nəzərə alınmalıdır"
Rusiya tərəfin Azərbaycanın kovonavirus əleyhinə “Sputnik V” vaksini istəməsi barədə açıqlaması təsdiqini tapmır.
Belə ki, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirmişdi ki, Azərbaycan vaksini almaq üçün Rusiyaya müraciət edib.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Turan”a bildirib ki, xarici işlər naziri Ceyhun Bayramov avqustun 25-də Rusiyanın TASS agentliyinə müsahibəsində həmin məsələni cavablandırıb.
Adı çəkilən müsahibədə nazir C.Bayramov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də RF Prezidenti Vladimir Putini telefon söhbətində Rusiyada koronavirus əleyhinə dünyada ilk vaksinin hazırlanması ilə bağlı təbrik etmişdi.
Nazir həm də diqqətə çatdırıb ki,Azərbaycan da dünya ölkələri kimi vətəndaşlarını koronavirus infeksiyasından qorumaq üçün bir sıra tədbirlərə əl atdı. Ölkədə şərt karantin rejimi tətbiq olundu, aztəminatlı ailələrə dəstək üçün büdcədən vəsaitlər ayrıldı.
Bundan əlavə Azərbaycan XİN rəhbəri ölkədə tibbi maskaların yerli istehsalına başlanmasını, paytaxtda və ölkə regionlarında onlarla modul tipli xəstəxanalar qurulmasını vurğulayıb.
C.Bayramov həm də vurğulayıb ki, Azərbaycan Ümumdnya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlət kimi yeni tip virusun yox olmasında və vətəndaşların sağlamlılqarının qorunmasında tövsiyə və metodlarına diqqət verir.
“Gələcəkdə bu vaksini əldə etməyə maraqlı ölkə kimi “Sputnik V” vaksininin ilk növbədə ÜST tərəfindən tanınması üzrə zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarla bu sahədə əməkdaşlıq təklifinə baxa bilərik. Şübhəsiz ki, ÜST tərəfindən tanınmış effektli bir vaksinin hazırlanması pandemiya ilə mübarizədə güclü vasitə ola bilər”, C.Bayramov bildirib.
Tibb professoru Adil Qeybulla deyir ki, Azərbaycan Rusiyadan koroanvirus infeksiyasına təsir edən Arbidol adlı dərman aldı. Rusiya Arbidol satışndan ümumilikdə 3 milayrd dollara yaxın qazandı, amma bu preperatın təsirini bilən olmadı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportunda nəinki Arbidol, hətta ən müasir preparatlar belə koronavirusun müalicəsi effektiv deyil. Bu dərmanları əhaliyə boş yerə sırıdılar. İndi də vaksindən söhbət gedir. Məsələ burasındadır ki, vaksin ÜST tərəfindən qəbul edilməlidir, reestrə salınmalıdır, bunun effektlilik və təhlükəsizlik kimi iki parametri nəzərə alınmaldır. Bunun hələ necə hazırlanması özü bir məsələdir. Biz hələ bilmirik bu hansı texnoloji səviyyədə əldə edilib?
Bu vaksin məsələsinə bir illüziya kimi baxıram və hesab edirəm ki, Rusiyadan qətiyyən vaksin almalı deyilik. ÜST bunu tövsiyə edərsə, o zaman müzakirə predmeti ola bilər.
Tatyana Qolikovanın Rusiya Xarici İşlər Nazirliyinə istinadən deməsinə görə, 27 ölkə koronavirusa qarşı Rusiya vaksinini almaq istərklərini bildiriblər. Bu ölkələr arasında T. Qolikova Azərbaycanın, Belarusun, Braziliyanın, Venesuela və Qazaxıstanın adlarını çəkib.
Rusiyanın əleyhinə dünya miqyasında xeyli tənqidlər səslənir və bu tənqidlərdə Rusiya “Sputnik V” vaksininin fəsadlarını kifayət qədər öyrənməməkdə ittiham edilir.
ABŞ vaksin hazırlığında iştirak etmiş Rusiya mütəxəssislərinə sanksiya tətbiq edib və bu sanksiya tətbiqi “ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqları” məhz kimyəvi və bioloji silah hazırlığı məsləsində ziddiyyət təşkil etməsilə əsaslandırılır.
ABŞ-ın Ticarət Nazirliyinin sanksiya siyahısına RF-nn Müdafiə Nazirlyinin 5 elmi-tədqiqat institutunun adı daxil edilib. Bu elmi tədqiqat institutlarından birinin rəhbəri Sergey Borisoviç bildirib ki, tədqiqatların gedişində preparatın təhlükəsizliyi və müdafiə səmərəliliyi sübut edilib.
Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumiya Svaminatan bildirib ki, koronavirus əleyhinə vaksinin yaradılmasına maksimum bir il yarım vaxt sərf ediləcək”,- deyə UN News bildirib.