Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanıldı
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
Press-fakt report-a istinadən xəbər verir ki, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası bu günə-avqustun 17-nə təyin edilib.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: