Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı 411 min 649 nəfərə çatıb
2024-cü il dekabrın 8-dən bu günədək Türkiyədən 411 min 649 suriyalı ölkəsinə qayıdıb.
"Haber Global" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Müdirliyindən bildirilib.
Qeyd olunub ki, 2016-cı ildən bəri könüllü olaraq geri qayıdan suriyalıların sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərə çatıb.
Qayıdış prosesi nazirliyin koordinasiyası ilə həyata keçirilir.
Qeyd edək ki, ötən ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədə yaşayan suriyalılar ölkələrinə qayıtmağa başlayıblar./report
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: