Rusiyada koronavirusdan ölənlərin sayı 224 min 310 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 34 min 325 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“RİA Novosti” agentliyinin yaydığı məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 8 milyon 27 min 12 nəfərə çatıb.
Qeyd olunur ki, ötən gün Rusiyada 998 nəfər koronavirusdan ölüb.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 224 min 310 nəfərə çatıb. İndiyədək 7 milyon 17 min 55 xəstə sağalıb.
Oxunub: 97
Xəbəri paylaş
Paylaş: