Şəhidlərə hörmətsizlik edən əcnəbilər barədə həbs qətimkan tədbiri seçildi
Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü barədə araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Press-fakt xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Press-fakt xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər. Bu da ictimaiyyətin haqlı narazılığına səbəb olib.
Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.
Onların əməlinə hüquqi qiymət veriləcək.