Zelenski Putin və Trampla ƏRAZİ məsələlərini müzakirəyə HAZIRDIR
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiyadan olan həmkarları Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşdə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
O bunu Ağ Evin Şərq otağında ABŞ Prezidenti və Avropa liderləri ilə görüşdə deyib.
Zelenski həmçinin Trampla danışıqları çox yaxşı adlandırıb və bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğuna dair siqnallar verir.
"Biz çox həssas məsələləri müzakirə etdik. Bunlardan birincisi təhlükəsizlik təminatlarıdır və biz çox şadıq, cənab prezident (Tramp müraciət edərək - red.), bütün liderlər buradadır və Ukraynada təhlükəsizlik ABŞ-dən, sizdən, bizimlə, ürəyimizdə olan liderlərdən asılıdır", - Ukrayna lideri qeyd edib.
Zelenski vurğulayıb ki, bu görüşdə iştirak edənlərin hamısını bir məqsəd birləşdirib.
"Bir çox ölkələr Ukraynanın tərəfindədir. Biz hamımız bu müharibəni dayandırmaq istəyirik. Rusiyanı dayandırın. Uşaqların ailələrinə qaytarılması da vacibdir. Ümid edirik ki, bütün bu məsələlərə həll tapacağıq", - Zelenski deyib./report