Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Peskov: "Putinlə Zelenski görüşə bilər"
  • Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
  • Növbəti dəfə Putin Zelenski ilə görüşməlidir - Tramp
  • "Hər şey qaydasında getsə, Zelenski və Putin görüşü keçirilə bilər"-  Tramp
  • "Putin və Zelenski dil tapa biləcəklər"- Tramp
  • PUTİN-ZELENSKİ GÖRÜŞÜ: OLA DA BİLƏR, OLMAYA DA - Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır

    • Tarix: 19-08-2025, 14:40

    Belə görünür ki, Volodimir Zelenskinin Vaşinqton səfəri öz əhəmiyyətinə və çəkisinə görə Vladimir Putinin Alyaska səfərindən geri almır.

    Zelenskinin ən azından özü ilə birgə, demək olar, bütün Avropa liderlərini yığıb Ağ Evə gətirə bilməsi və ABŞ Prezidenti ilə bundan əvvəlki qalmaqallı fevral görüşündən tamamilə fərqli və pozitiv aurada baş tutan görüşə nail olması ondan xəbər verir ki, Ukraynanı hələ ki, hər hansı diplomatik məğlubiyyət gözləmir. Eyni zamanda, Zelenskinin Tramp qarşısında “ərazi mübadiləsi” adı altında hər hansı torpaq güzəştinə getmədiyi də bu görüşün ilkin, üzdə görünən nəticələrindən biri və bəlkə də ən vacibi sayıla bilər...

    Ancaq bu görüşlə bağlı təbii olaraq, qaranlıq, yaxud gizli saxlanılan məqamlar da kifayət qədər çoxdur. ABŞ Prezidenti Donald Tramp Zelenski ilə Putin arasında görüşün mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, artıq hazırlıqlara başlanılıb, lakin tədbirin keçiriləcəyi yer daha sonra müəyyənləşəcək. Zelenski də Rusiyanın görüş təklif etdiyini təsdiqləyib və əlavə edib ki, ərazi məsələsi yalnız onunla Putin arasında təkbətək görüşdə müzakirə edilə bilər. Ukrayna başçısı bir tərəfdən hər hansı ərazi güzəştinin, xüsusilə də Rusiyanın tələb etdiyi Donbasın qalan hissəsinin təhvil verilməsinin mümkünsüzlüyünü bildirir, digər tərəfdən isə bu məsələnin yalnız Putinlə təkbətək müzakirə oluna biləcəyini deyir...

    Digər yandan, Zelenski Rusiya tərəfinin görüş tələb etdiyini və özünün Putinlə təkbətək görüşə hazır olduğunu bəyan edib. Lakin görüşün formatı barədə hələ heç nəyin məlum olmadığını qeyd edib. Yəni, belə çıxır ki, bu format prezidentlər səviyyəsində olmaya da bilər: "Biz ikitərəfli görüşlə bağlı hər hansı təfərrüatı bilmirik. Biz ABŞ Prezidenti ilə məsələni müzakirə etdik ki, bütün tərəflər müharibəni bitirmək istəyini nümayiş etdirməlidir. Müharibəyə son qoymaq istəyi isə liderlər səviyyəsində diplomatik görüşdür", - deyə Zelenski əlavə edib.

    Onun sözlərinə görə, əgər bu və ya digər tərəf görüşmək istəyini nümayiş etdirmirsə, o zaman Ukrayna ABŞ-dən buna uyğun hərəkət etməyi xahiş edir. Zelenski əlavə edib ki, “biz hansı formatların ola biləcəyini başa düşürük, ona görə də görüşümüzün baş tutması ehtimalı var”: "Ukrayna görüş üçün bəzi qlobal, əlbəttə ki, ədalətli şərtlər qoymağa başlasa... o zaman ruslar yüz şərt qoyacaq. Ona görə də hesab edirəm ki, heç bir şərt olmadan biz görüşməli və müharibəni bitirmək üçün bu yolun inkişafının nədən ibarət olduğunu düşünməliyik".

    Elə Putinin köməkçisi Yuri Uşakovun mümkün görüş barədə açıqlaması da qeyri-müəyyəndir. O, təkbətək Zelenski-Putin görüşünün olacağını birmənalı təsdiqləməyib. Sadəcə, deyib ki, Putinlə Tramp "Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin, yəni yuxarıda qeyd olunan birbaşa danışıqlarda iştirak edən nümayəndələrin səviyyəsinin yüksəldilməsi imkanlarının nəzərdən keçirilməsinin mükünlüyünü” müzakirə ediblər.

    Xatırladaq ki, əvvəlki Rusiya-Ukrayna danışıqlarında Rusiya tərəfi heç bir səlahiyyəti olmayan “populist-tarixçi” Vladimir Medinski səviyyəsində təmsil olunurdu. Uşakovun dediklərindən belə nəticə çıxarmaq olar ki, Putin bu dəfə Ukrayna ilə danışıqlara Medinskidən daha samballı və ciddi fiqur göndərəcək. Bu isə danışıqları və vaxtı uzatmağın növbəti formasına çevrilə bilər...

    Ancaq Avropa liderləri və Qərb mətbuatı Uşakovdan fərqli məlumatlar paylaşırlar. “Agence France-Presse” (AFP) öz mənbələrinə istinadla məlumat yayıb ki, Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Avropa liderləri də buna bənzər açıqlamalar verirlər.

    Lakin bir məsələ də var ki, ortalıqda əvvəlcədən hər hansı konkret razılıq, heç olmasa, razılaşdırılmış bəyannamə sənədi olmadan Putin-Zelenski görüşünün keçirilməsi nə dərəcədə mümkündür? Yaxud bu görüş də əvvəlki Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul görüşləri kimi sadəcə, tərəflərin öz mövqelərini təkrarlaması ilə nəticələnəcəksə, belə tələsik və hazırlıqsız görüşün nə mənası var? Belə çıxacaq ki, nümayəndə heyətləri arasındakı əvvəlki fikir və mövqe ayrılığı bu dəfə prezidentlər səviyyəsində təsdiqlənəcək.

    Nəhayət, ən təhlükəlisi odur ki, artıq liderlər arasında nəticəsiz görüşlər adiləşəcək və rutin halına gələcək. Buna paralel olaraq isə cəbhədə qanlı döyüşlər, işğal, eləcə də Ukraynanın dinc şəhərlərinin və əhalisinin bombalanması davam etdiriləcək. ABŞ Prezidentinin Putinin müharibə dayandırılmadan, atəşkəs olmadan danışıqların aparılması mövqeyilə barışması bu baxımdan çox təhlükəli və mənfi nəticədir... Ukraynaya qarşı “ərazi mübadiləsi” adı altında ərazi güzəşti tələblərinə və Putinin Zelenski ilə görüşə nə dərəcədə hazır olmasına gəlincə, buna Avropada az-çox qətiyyət və ləyaqət əlamətləri qalan liderlərdən biri - Almaniya kansleri Fridrix Merts maraqlı münasibət bildirib. O deyib ki, doğrudan da Zelenski ilə Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər. Lakin Merts belə bir sammitə yaxşı hazırlaşmaq lazım olduğunu deyib. Bununla yanaşı o, Putinin belə bir görüşdə iştirak etmək “cəsarətini” şübhə altına alıb: "Rusiya prezidentinin belə sammitdə iştirak etməyə cəsarəti olub-olmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır".

    O, həmçinin Ukraynanın danışıqlarda Donbasdan imtinasını ABŞ-nin öz ştatlarının birindən imtina etməsi ilə müqayisə edib: “Rusiyanın Kiyevdən Donbasın azad ərazilərindən imtina etməsi tələbi mahiyyətcə, ABŞ-yə Floridadan imtina etməsinin təklif olunması ilə eynidir”.

    Bir sözlə, Zelenskinin son Vaşinqton səfəri müəyyən optimistlik işartıları versə də, xeyli sayda qaranlıq, ziddiyyətli və qeyri-müəyyən məqamlar qalmaqdadır. Bütün bunları Nobel mükafatı almağa tələsən Trampın nəzərdə tutduğu vaxt çərçivəsi daxilində həll etmək mümkündürmü və ümumiyyətlə, Rusiya gerçək sülhdə maraqlıdırmı? Bu sualların cavabı açıq qalır.

    Trampın mövqeyini dəyişərək, “atəşkəs olmadan danışıqlar prosesi”nə razılıq verməsi fonunda isə Rusiya durmadan Ukraynada işğalı, qırğınları və dağıntıları davam etdirir..

    Cəlal Məmmədli


    Oxunub: 49
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.