ABŞ-dan UKRAYNAYA 100 MILYARDLIQ SILAH - Avropa təhlükəsizlik zəmanəti üçün almağa hazırdı
Ukrayna Avropa ölkələrinin maliyyə dəstəyi hesabına ABŞ-dan 100 milyard dollar dəyərində silah almağa hazırdır, lakin bunun müqabilində Vaşinqtondan təhlükəsizlik zəmanətləri tələb olunur.
Bu barədə "Financial Times" qəzeti əldə etdiyi sənədə istinadla məlumat yayıb.
Sənəddə Kiyevin hansı silahları almağa hazır olduğu qeyd olunmur. Lakin qəzet xatırladır ki, Ukrayna hökuməti bir müddət öncə ən azı 10 Patriot hava hücumundan müdafiə sistemi, eləcə də digər raket və avadanlıqları almaq niyyətində olduğunu açıqlamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatlarının yaxın 7-10 gün ərzində hazırlanaraq sənədləşdirilməsi planlaşdırılır.
“Bütün bunlar kağız üzərində müəyyən formada 7-10 gün ərzində rəsmiləşdiriləcək”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var: Ukrayna ordusunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri, Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafı.
Press-fakt