Putin Ərdoğana zəng etdi - Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb.
Moskva Türkiyənin Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən danışıqlara göstərdiyi dəstəyi məmnunluqla qarşılayır.
Telefon danışığı zaman Suriyadakı son proseslər barəsində də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsiszliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.
İki ölkə başçısı həmçinin Türkiyə və Rusiya münasibətlərini, eləcə də regional, qlobal məsələləri də müzakirə ediblər.
Press-fakt