“Tezliklə Azərbaycanla ticarət əlaqələri yaranacaq”- PAŞİNYAN
Əgər sülhdürsə, o zaman çox tezliklə Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zaman keçdikcə inkişaf edəcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qeyd olunur ki, tərəflər daxili nəqliyyat əlaqələrinə, yəni Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, eləcə də Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana keçidlərə böyük əhəmiyyət verirlər.
O əlavə edib ki, sənəd beynəlxalq əlaqələrdən, yəni Azərbaycanın Ermənistan ərazisindən keçməklə üçüncü ölkələrlə, Ermənistanın isə Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrlə əlaqəsindən bəhs edir.
Paşinyan deyib ki, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvana qədər maneəsiz rabitə qurulur və eyni şey Ermənistandan Ermənistana Azərbaycan vasitəsilə qarşılıqlı prinsip əsasında rabitəyə də aiddir. O, əmin edib ki, hər şey qarşılıqlılıq prinsipi əsasında, o cümlədən üçüncü ölkələrlə əlaqə təmin olunmaqla baş verəcək.
Press-fakt