Avropa qoşunları Ukraynaya yerləşdirilir, ABŞ isə...- Röyters
Qərb ABŞ-ın rəhbərliyi altında Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Qərb üçün hərbi variantlardan biri Ukraynaya Avropa qoşunlarının göndərilməsi və onların ABŞ-ın komandanlığı və nəzarəti altında yerləşdirilməsi ola bilər.
Eyni zamanda, qeyd edilir ki, ABŞ-ın Avropa qüvvələrinə havada mümkün dəstəyi Ukraynaya əlavə hava hücumundan müdafiə qüvvələrinin köçürülməsi, həmçinin ABŞ qırıcılarından istifadə etməklə uçuşa qadağa zonasının yaradılması ola bilər./axar.az
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: