BMT həyəcan təbili çalır - Qəzzada kütləvi aclıq hökm sürür...
BMT-nin humanitar yardım üzrə rəhbəri Tom Fleçer bildirib ki, Qəzza zolağında aclıq artıq kütləvi xarakter alıb. Onun sözlərinə görə, ərzaq yardımı bölgəyə çatmır və bunun səbəbi İsrailin sistemli maneələridir.
BMT-nin bu gün açıqladığı hesabatda qeyd olunur ki, 22 ay davam edən müharibə nəticəsində Qəzzada yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üz-üzədir.
Mart ayından bəri İsrail Qəzzaya yardım tədarükünü bloklayır. Beynəlxalq humanitar təşkilatların, o cümlədən BMT-nin vurğuladığı kimi, bu, ərzaq, dərman və yanacaq çatışmazlığını daha da kəskinləşdirib.
Hesabata əsasən, İsrailin iki ilə yaxın davam edən işğalçı əməliyyatlar nəticəsində Qəzzanın kənd təsərrüfatı tamamilə dağınıq vəziyyətə düşüb: becərilən torpaqların 98 faizi ya yararsız hala düşüb, ya da əlçatmazdır, mal-qara məhv edilib, balıqçılıq isə qadağan olunub. Sağlamlıq sistemi çöküb, içməli su və gigiyenik vasitələrə çıxış isə minimuma enib.
Qeyd edək ki, İsrail ordusu indiyədək ən azı 62 min 192 fələstinlini qətlə yetirib, onların böyük hissəsi mülki əhali olub.
Press-fakt