İsrailin Baş naziri Binyamin Netanyahu BMT-yə müraciət edərək hökumətini Qəzzadakı humanitar vəziyyətə görə günahlandırmağı dayandırmağa çağırıb.

Bu bəyanatla o, İsrail hərbi qüvvələrinin humanitar yardımın çatdırılması üçün təhlükəsiz marşrutlar açmasından sonra çıxış edib.

"Təhlükəsiz marşrutlar var. Onlar həmişə olub, amma bu gün rəsmidir. Artıq heç bir bəhanə olmayacaq", - İsrail lideri bildirib.

Xatırladaq ki, İsrail hökumətini Qəzzada kütləvi aclığa görə təkcə BMT deyil, həmçinin təxminən 100-dək beynəlxalq təşkilat və hətta ölkənin bəzi müttəfiqləri də sərt tənqid edib.