Rusiya-Ukrayna müharibəsi İstanbulda bitəcək - Dövlət Baxçalı
“Rusiya ilə Ukrayna arasındakı müharibənin sülhlə bitməsi İstanbulda baş verəcək”.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Türkiyənin hələ müharibənin əvvəlində tərəflərə dialoq üçün ev sahibliyi etdiyini xatırladan MHP lideri bildirib ki, İstanbulda başlayan proses İstanbulda tamamlanacaq.
“Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) dünyada ayrı-ayrı münaqişə bölgələrində sülh və dialoq çağırışları və İstanbulun bu kontekstdə önə çıxması getdikcə aktuallaşan problemlərin həllində bir ümid işığı olaraq görülməlidir”, - Baxçalı qeyd edib.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: