İranda antiterror əməliyyatı keçirilib - 6 nəfər zərərsizləşdirilib
İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib.
Bu barəfə "Mehr" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.
Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı./report
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: