İranda atışma: 3 hücumçu məhv edildi, 1 polis HƏLAK OLDU
İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə yerli KİV xəbər verir.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.
Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır./report
Oxunub: 45
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							