Berlindəki etiraz yürüşündə "Putin!" şüarları səsləndi - VİDEO

Berlində koronavirusla mübarizə tədbirlərinə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları "Putin!" şüarları səsləndiriblər.
RİA Novosti bildirir ki, bu barədə jurnalist Dmitri Smirnov telegram kanalında məlumat verib.
Yayımlanan videoda etirazçılar əllərində Rusiya bayraqları tutublar. Kadr arxasından kimsə onlardan etiraz aksiyasına niyə bu bayraqlarla çıxdıqlarını soruşub.
"Çünki Putin Trampa təzyiq göstərə bilər" deyə etirazçılardan biri bildirib.
Xatırladaq ki, avqustun 29-u axşam saatlarında Berlində hökumətin koronavirusla mübarizə tədbirlərinə qarşı genişmiqyaslı yürüş keçirilib. Küçələrə ümumilikdə təxminən 20 min insan çıxıb.
Oxunub: 491
Xəbəri paylaş
Paylaş: