ABŞ-dan gözlənilməz HƏMLƏ – NATO qüvvələri Rusiya ilə sərhəddə TOPLANDI

Bu gün Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb.
Press-fakt “gazeta.ru”ya istinadən xəbər verir ki, təlimlər sentyabrın 12-dək davam edəcək.
Hərbi manevrlərdə təxminən 1,6 min hərbçi iştirak edəcək. Təlimlər ölkənin quru, dəniz və hava məkanını əhatə edəcək.
Finlandiya quru qoşunlarının yaydığı məlumata əsasən, “Utti” yeqer alayı “Southern Griffin 25” adlı beynəlxalq xüsusi təyinatlı qüvvələrin təlimlərini keçirəcək. Təlimlərə ABŞ və Avropa ölkələrinin xüsusi təyinatlı qüvvələri, həmçinin müxtəlif qurumların nümayəndələri cəlb olunub.
Proqram çərçivəsində NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Şimali Avropa şəraitində birgə əməliyyat imkanları sınaqdan keçiriləcək.
Təlimlərdə “Utti” yeqer alayının NH90 tipli nəqliyyat helikopterləri, MD500 yüngül helikopterləri, eləcə də Finlandiya Hərbi Hava Qüvvələrinin F/A-18 Hornet qırıcıları istifadə olunacaq.