"Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
Norveç hakimiyyəti Ukrayna münaqişəsinin alovuna yağ tökərək, Kiyevin danışıqlar apara bilməməsini gücləndirir.
Bu açıqlama Rusiyanın Oslodakı səfirliyinin Norveçin 2026-cı ildə Ukraynaya təxminən 8,4 milyard dollar ayırmaq planlarına dair şərhində yer alıb.
Bəyanatda deyili: “Əlamətdar haldır ki, ABŞ – guya Norveçin əsas müttəfiqi kimi – danışıqlar prosesində irəliləyişə nail olmağa çalışsa da, Oslo Kiyev rejiminin təkəbbürünü və kompromisə gələ bilməməsini daha da qızışdıraraq Ukrayna münaqişəsinin alovuna yağ tökməyə davam edir.
Aydındır ki, Norveç Ukraynadakı vəziyyətlə bağlı Avropanın müharibə tərəfdarları – yaxud özlərini adlandırdıqları kimi, 'istəklilər koalisiyası' – ilə eyni cəbhədə yer alır. Bu tərəflərin yeganə məqsədi Rusiyaya maksimum zərər vurmaq üçün hibrid müharibəni son ukraynalıya qədər davam etdirməkdir”.
Rusiya səfirliyi əlavə edib ki, əvvəllər "vasitəçi və sülhməramlı" kimi tanınan Norveç bu gün dünya ictimaiyyətində "Avropa enerji böhranından qazanc əldə edən, suveren sərvət fondunu İsrail şirkətlərinə, Fələstin xalqının hüquqlarını pozan layihələrə yönəldən və NATO-nun ikili standartlara əsaslanan qarşıdurma siyasətini dəstəkləyən" bir ölkə kimi dəyərləndirilir.
Press-fakt