Makrondan Netanyahuya məktub: "İsrail heç vaxt qələbə qazanmayacaq"
Fransa prezidenti Makron İsrailin baş naziri Binyamin Netanyahunun bu ay göndərdiyi məktubuna cavab verib və onu antisemitizmi qızışdırmaqda ittiham edib.
Press-fakt xəbər verir ki, Netanyahuya məktubunda Makron Qəzzanı işğal etmək qərarının İsrailə heç vaxt qələbə gətirməyəcəyini vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya məktub yazaraq Qəzza zolağının işğalı qərarının İsrailə heç vaxt qələbə gətirməyəcəyini bildirib.
Netanyahunun bu ay Makrona antisemitizm alovunu yandırmaqda ittiham edən məktubundan sonra Fransa lideri İsrailin baş nazirinə cavab göndərib.
Fransanın “Le Monde” qəzetinin dərc etdiyi məktubda Makron Netanyahunun ona göndərdiyi 17 avqust tarixli məktubu aldığını bildirib.
Netanyahunun məktubun ona çatmamış məzmunu ilə bağlı ictimaiyyətə açıqlama verdiyini xatırladan Makron: "Ona görə də müzakirələrimizin şəffaflığı üçün mənim cavabım da ictimaiyyətlə paylaşılacaq, lakin mən şəxsən bu barədə sizə məlumat vermək istədim və oxumağınızı gözləyəcəm. Bu, nəzakətin əsasıdır" dedi.