Türkiyə XİN-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya
Globall.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Türkiyə XİN-in bəyanatında rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib.
“Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”, - Türkiyə XİN-dən bildirilib.