"Putin-Tramp dialoqu dünyanı dəyişəcək"- Dmitriyev

Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev açıqlama verib.
O, bu barədə X sosial media platformasında paylaşım edib.
Putin və Trampın Alyaska görüşündən foto paylaşan Dmitriyev: "Putin və Tramp arasındakı dialoq dünyanı dəyişəcək. Bu, qlobal təhlükəsizliyi və rifahı təmin edəcək" deyib.
Bildirək ki, Tramp və Putin avqustun 15-də ABŞ-ın Alyaska ştatında üç saata yaxın görüş keçiriblər. Onlar görüş zamanı yekun razılığın əldə olunmadığını açıqlayıblar.
Trampı dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff, Putini isə xarici işlər naziri Sergey Lavrov və Rusiya vitse-prezidenti Yuri Uşakov müşayiət ediblər.
Press-fakt
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: